KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Jalə Əliyeva
Milli Məclisin Deputatı

1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur.


Filologiya elmləri doktoru, professordur.

Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. Azərbaycan Yazıçılar Birliyinin, eləcə də Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM-ın) üzvüdür. 5 monoqrafiyanın, 2 dərs vəsaitinin və 120 elmi məqalənin müəllifidir. Rus, ərəb və ingilis dillərini bilir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının və Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin Elmi Şurasının üzvüdür.

1988–1992-ci illərdə Azərbaycan Mədəniyyət Fondunda müfəttiş vəzifəsində işləmişdir.

1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində tərcüməçi vəzifəsində çalışmışdır.

1988-ci ildən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi,

2007-ci ildən BDU-nun professorudur. BDU-nun Şərqşünaslıq fakültəsinin Elmi Şurasının üzvüdür.

Bitərəfdir.

Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

1 övladı var

Made on
Tilda