Altay Həsənov
Birinci vitse-prezidenti katibliyinin rəisi
1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub, 6 saylı orta ümumtəhsil məktəbini bitirib
1978 - Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.
1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib.
1983–1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib.
1984–1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib.
1986–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olub.
1989-cu ildə "Xəzər" jurnalının nəşriyyat kollegiyasında işləyib
1990–2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.
2015-ci ildə İlk Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə, "Şöhrət" ordeni ilə təltif edilib.
2017-ci ildə Birinci vitse-prezidentinin Katibliyinin rəisi təyin olunub
2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ölkə prezidenti İlham Əliyev tərəfindən 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib