KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Babakişiyev Rasim
memar
1956-cı ildə Dərbənd şəhərində anadan olmuşdur.

1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri institutunun memarlıq fakultəsini bitirib

1983-1988- ci illərdə Ticarət və İctimai İaşə Müəssisələrinin Layihələndirilməsi üzrə Dövlət institutunda Qrup rəhbəri;

2002-2013-cü illərdə “AzExCo” şirkətinin baş direktoru;

2015-ci ilin iyun ayından “AMİ PROYEKT” yaradıcı memarlıq layihə birliyinin baş direktorudur.

2008-ci ildə “Ustad Memar” yüksək peşəkarlıq dərəcəsinə layiq görülmüşdür.

2012-ci ildə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmiş,

25 noyabr 2016-cı ildə ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Əməkdar memar” fəxri adı verilmişdir.

2017-ci ildən Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur


Rasim Babakişiyev bir cox maraqlı layihələrin müəllifidir:

  • Beynəlxalq terminal kompleksinin
  • “RAMADA” mehmanxanasının
  • “İçəri şəhər”də – “Old City”
  • "Bürc" restoranlarının layihəsi,
  • “Şah Palas” mehmanxanasının layihəsi
  • Gəncədə “RAMADA PLAZA” mehmanxanası
  • Göygöl şəhərində İcra Hakimiyyətinin binasının layihəsi,




Made on
Tilda