KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Elbay Qasımzadə
memar
26 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1971–1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur.

1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur.

1975–1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş

1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

1998-ci ildə "El&En" memarlıq şirkətini təsis etmiş və hal-hazırda da ona başçılıq edir.

150-dən artıq layihənin, 80-dən artıq məqalənin və 8 kitabın müəllifidir.

Elbay Qasımzadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin professorudur.




Made on
Tilda