KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Elçin Əliyev
memar
1967-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur

1974–1984-cü illərdə 160 nömrəli orta məktəbdə oxumuşdur.

1984-cü ildə daxil olub, 1989-cu ildə fərqlənmə diplomu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirmişdir.

1987-ci ildə S. V. S. T.- də (Slovakiya Ali Texniki Məktəbi, Bratislava) istehsalat təcrübəsi keçmişdir.

1988-ci ildə Moskva şəhərində (Rusiya) Ümumittifaq Gənc Memarlar Cəmiyyətinin Zaqafqaziya şöbəsinin sədri seçilmişdir.

1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

1994-cü ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür.

1998-ci ildən Azərbaycan Dizaynerlər Birliyinin üzvüdür.

1998-ci ildə "Bakı şəhərinin mərkəzində şəhər mühitinin sosial-məkan quruluşu" mövzusunda memarlıq üzrə namizədlik dissertasiyasını müdafiə etdi.

2002-ci ildə Rus Pravoslav Kilsəsi tərəfindən Bakıdakı Müqəddəs Mirodaşıyan Zənənlər Baş Kilsəsinin bərpasının layihəsinə, işlərin aparılması və rəhbərliyinə görə "Müqəddəs Sergiy Radonejskiy" ordeni ilə təltif edilmişdir.

2004-cü ildə "Italdesign" şirkəti tərəfindən keçirilən Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibi oldu.

2004–2005-ci illərdə Bakı şəhərində Katolik Kilsəsinin layihə və inşası ilə bağlı bütün məsələlər üzrə Roma Katolik Kilsəsinin (Vatikan Dövləti) Azərbaycanda səlahiyyətli nümayəndəsi təyin olunmuşdur.

2007-ci ildə E. T. Əliyevin layihəsinə əsasən (memar Paolo Rugeiro ilə birlikdə) Bakı şəh. Nobel Prospektində "Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" katolik kilsəsi inşa edilmişdir.

2007-ci ildə Azərbaycan Memarlar İttifaqının "Fəxri qızıl nişanı" ilə təltif edilmişdir.

2011-ci ildə memar E. T. Əliyevin layihəsi əsasında Azərbaycanın Qəbələ rayonunun Nic kəndində yerləşən "Jotari" kilsəsi yenidən bərpa olunmuşdur.

2012-ci ildən 2017-ci ilə qədər Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.

2013-cü ildə Azərbaycan Memarlar İttifaqı tərəfindən "Ustad Memar" adına layiq görülmüşdür.

2013-cü ildə Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Fəxri diplomuna layiq görülmüşdür.

2014-cü ildə E. T. Əliyev "Azərbaycanda müasir interyerin dizaynı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

2014-cü ildə Durban şəhərində (Cənubi Afrika) keçirilən XXV Dünya Memarlar Konqresində Beynəlxalq Memarlar İttifaqının Gənclərlə İş üzrə Komissiyasının üzvü seçildi.

2015-ci ildən E. T. Əliyev Bakıdakı Qərb Universitetinin professorudur.

2015-ci ildə İkinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin fəxri diplomuna layiq görülmüşdür.

2015-ci ildə "Atrium Şıxov" yaşayış kompleksinin layihəsi Şərqi Avropa və MDB ölkələri arasında "İlin ən yaxşı layihəsi (tikintisi)" üçün XIII Beynəlxalq Baxış Müsabiqəsinin Birinci dərəcəli Diplomuna layiq görülmüşdür.

2016-cı ildə E. T. Əliyevin layihəsi əsasında Abşeronun Zirə kəndində Aydın Kurbanovun xatirəsinə Heydər Əliyev adına Fondu və Səməd Kurbanov tərəfindən Cümə məscidi inşa edilmişdir.

2016-cı ildə "Konstruktivizm dövrü. XX əsrin 1920–1930-cu illərinin Bakı memarlığı" kitabı Şərqi Avropa və MDB ölkələri arasında "İlin ən yaxşı çap nəşri" üçün XIV Beynəlxalq Baxış Müsabiqəsinin Birinci dərəcəli diplomuna layiq görülmüşdür.

2016-cı ildə Əliyev E. T. Bakı Memarlıq Klubunun prezidenti seçilib.

2017-ci ildə Əliyev E. T. (yazıçı G. A. Rzayeva ilə birlikdə) "Pəncərə – mədəniyyətə baxış " İntellektual Klubu təsis edir.

2018-ci ildə Zirə kəndindəki Cümə məscidi Ağa Xan Fondunun Memarlıq Mükafatına namizəd oldu.


Made on
Tilda