KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur

1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur

1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır

1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir

2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilib

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir

2005-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir

2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. 2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş

Made on
Tilda