KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Kamal İbrahimov
Baku Steel Company QSC-nin Baş direktoru
29 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olub.

1980–1990-cı illərdə Bakı şəhəri, 134 saylı orta məktəbdə təhsil alıb və təhsilini gümüş medalla başa vurub

1990–1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İstehsalın iqtisadiyyatı və idarə edilməsi" fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib.

1995 −1997 — illərdə Bakı şəhəri, Yasamal rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi vəzifəsində çalışıb.

1997–2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin İri Vergi Ödəyiciləri ilə İş üzrə İdarəsində dövlət vergi müfəttişi, daha sonra böyük dövlət vergi müfəttişi vəzifələrində işləyib.

2000-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İri vergi Ödəyiciləri və Xüsusi Vergi Rejimli Müəssisələrlə İş üzrə Baş İdarənin Vergiyə cəlbetmə şöbəsinin böyük dövlət vergi müfəttişi olub.

2000–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli kağızlarla əməliyyatların tənzimlənməsi və nəzarəti şöbəsinin, daha sonra Hüquq departamentinin rəisi vəzifələrində çalışıb.

2003–2014-cü illərdə ASC "Standard İnsurance" Sığorta Şirkətinin İdarə Heyətinin sədri olub.

2006–2008-ci illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərib.

2011–2014-cü illərdə İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri olub.

2014–2016-cı il ASC "Standard Insurance" Sığorta Şirkətinin Direktorlar Şurasının sədri və QSC "Bank Standard" Kommersiya Bankının Müşahidə Şurasının sədri kimi çalışıb.

2016-cı ildən etibarən "Qala Həyat Sığorta" ASC və "Qala Sığorta" ASC-nin Direktorlar Şurasının sədri kimi fəaliyyət göstərir.

2021-ci ildən həm də "Baku Steel Company" QSC-nin Baş direktorudur




Made on
Tilda