KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
İmaməliyev Nəriman
memar
1971-ci ildə anadan olmuşdur.

1988-1990-cı illərdə Azərbaycan Memarlıq və İnşaat universitetində təhsil almış

1990-1994-cü illərdə Krakov Politexnik universitetində təhsilini davam etdirmişdir

1994-1998-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş idarəsində çalışmışdır

1997-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

1997-1998-ci illərdə “Azərsun Holding” MMC-də memar işləyib

1998-2001-ci illərdə “El&En” memarlıq şirkətində memar vəzifəsində çalışıb

2001-ci ildən “Nəriman Memarlıq” memarlıq şirkətinin təsisçisi və baş memarıdır.

2008-ci ildə Azərbaycan Memarlar İttifaqı tərəfindən “Ustad Memar” yüksək peşəkarlıq sertifikatına layiq görülmüşdür.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin 01 oktyabr tarixli Fərmanı ilə «Respublikanın Əməkdar memarı» fəxri adına layiq görülmüşdür.

2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir.

2015-ci ildən Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur.

Layihələri:
Bakıda “Çıraq Plaza”,
“Azərkosmos” ASC Əsas peyk idarəetmə mərkəzi;
Moskvada Barvixa qəsəbəsində yaşayış kompleksi



Made on
Tilda