KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
1964-cü il 26 avqustda Bakı şəhərində anadan olub

1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirib

1988-ci ildə Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib

1988–1992-ci illər ərzində Moskvada Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib

2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib

2004-cü ilin may ayının 10-da Heydər Əliyev Fondunu təsis edib

2004-cü ildən UNESCO-nun xoşməramlı səfiri təyin edilib

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb

2005 illdə Mehriban Əliyeva 92,12% səs toplayaraq deputat seçilib

2010-cu illərdə Milli Məclisinə keçirilən seçkilərdə yenidən deputat seçilib

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib

Made on
Tilda