1982-ci il yanvarın 17-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin
Beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir. Rus və ingilis dillərini bilir.
2002–2005-ci illərdə Yunanıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfirinin köməkçisi
2005–2006-cı illərdə Avropa İttifaqının TACIS layihəsinin ofis meneceri
2006–2008-ci illərdə Avropa İttifaqının Azərbaycan üzrə xüsusi elçisinin köməkçisi
2008–2009-cu illərdə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi
2009–2015-ci illərdə «Azerfon» şirkətinin meneceri, şöbə müdiri vəzifələrində çalışmış
2015–2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya departamentinin direktoru olmuşdur.
Bitərəfdir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Belçika, Böyük Britaniya, Çili, Ekvador, Fransa, Norveç, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var.