KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Orxan Məmmədov
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri
1 iyul 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur.

6 nömrəli Tofiq İsmayılov adına məktəb-liseydə təhsil alıb

2001-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olmuşdur.

2005-ci ildə həmin universiteti bitirdikdən sonra təhsilinə beynəlxalq biznes və maliyyə proqramı üzrə Böyük Britaniyanın Regent Universitetində davam etmişdir.

2007-ci ildə məzun olduqdan sonra Odlar Yurdu Universitetində biznes administrasiyası üzrə magistr təhsilinə başlamışdır.

Daha sonra 2010–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə təhsil almışdır.
Made on
Tilda