Rövşən Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirmişdir.
2007–2008-ci illərdə ABŞ-nin Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlamışdır.
- 2001-ci il – Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində çalışıb.
- 2003–2007-ci illər – Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.
- 2008–2009-cu illər – SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.
- 2009–2010-cu illər – İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub.
- 2010–2018-ci illər – "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
- 2018-ci il 11 may– Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
- 2019-cu il 28 avqust– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
- 2020-ci il 11 fevral– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini təyin edilib.
- Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir.
- 2021-ci il 24 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
- 2022-ci il 10 fevral tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti təyin edilib.
- O, 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilmişdir.