KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Ruslan Əliyev
Azəriqaz İstehsalat Birliyinin Baş direktoru

Ruslan Əliyev 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub.


1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib


2011–2014-cü illər — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə bakalavr dərəcəsi bitirib


1999–2006-cı illər — Azərenerji Açıq Səhmdar Cəmiyyətinin qazan turbin sexində maşinist, operator, qaz turbin qurğusunun maşinisti, növbə rəisi vəzifələrində çalışıb

2006–2007-ci illər — Azneft İstehsalat Birliyinin Azneftekologiyaservis İdarəsində energetik vəzifəsində çalışıb.

2007–2009-cu illər — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.

2009–2013-cü illər — Azəriqaz İstehsalat Birliyində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.

2013–2015-ci illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun əməyin mühafizəsi üzrə müavini vəzifəsində çalışıb.

2015–2019-cu illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb.

2019-cu il, 01 noyabr — Azəriqaz İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilib və hal-hazıradək həmin vəzifədə çalışır.


Made on
Tilda