KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Şahmar Mövsümov
Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
31 yanvar 1972-ci ildə Naxçıvanda anadan olmuşdur. 1990-cı ildən 1995-ci ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində bakalavr, 2003–2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində Dövlət İdarəçiliyi üzrə magistr təhsili almışdır.

1995–2005-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

2005–2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində,

2006−2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində işləyib.

2006–2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri, 2006–2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub.

2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü,

2014–2019-cu illərdə Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvü

2016–2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvü olub.

2018–2019-cu illərdə Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvü olub.

2017–2019-cu illərdə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri olub.

2018-ci il tarixindən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.

2019-ci Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

2020-ci il 9 sentyabr tarixindən Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvüdür.


Made on
Tilda