KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Samir Nuriyev
Prezidentinin Administrasiyasının rəhbəri
1975-ci il martın 9-da Bakı şəhərində anadan olub.

1981-1991-ci illərdə Bakı şəhərindəki 225 saylı orta məktəbdə təhsil alıb.

1996-cı ildə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1996-2003-cü illərdə müxtəlif özəl şirkətlərdə çalışıb, həmçinin

2000-2001-ci illərdə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyində “Azərbaycanda kiçik və orta özəl müəssisələrin inkişafına yardım” layihəsi üzrə məsləhətçi olub.

2003-2005-ci illərdə Amerika Birləşmiş Ştatlarının Dyuk Universitetində (Duke University) təhsil alıb və beynəlxalq inkişaf siyasəti ixtisası üzrə magistr dərəcəsi alıb.

2006-cı ildən 2009-cu ilədək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində çalışıb, Sahibkarlığın İnkişafı Departamentinin direktor müavini, direktoru, daha sonra isə nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri

2009-2013-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-2016-cı illərdə isə həmin idarənin rəisi olub.

2016-2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinə rəhbərlik edib.

2018-ci ildən 2019-cu ilin noyabrınadək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.

2019-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.


Made on
Tilda