KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Ülviyyə Ağayeva
Milli Məclisin Deputatı
1978-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan

Dillər Universitetinin Filologiya fakültəsini, eləcə də Dilşünaslıq ixtisası üzrə magistr pilləsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Dövlət qulluğu müşaviridir. 1 monoqrafiyanın, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Ümumdünya Sülh Federasiyası tərəfindən Sülh səfiri adına layiq görülmüşdür. Rus və ingilis dillərini bilir.

1999–2000-ci illərdə «Azercell Telekom» Birgə Müəssisəsinin mütəxəssisi,

2005–2008-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin müəllimi olmuş,

2008– 2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

2015-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisidir.

Bitərəfdir.

2018–2020-ci illərdə Avropa Şurasının Parlament Assambleyasında Azad demokratlar qrupu sədrinin müavini, Mədəniyyət, elm, təhsil və media komitəsi səd¬rinin müavini olmuşdur.

Milli Məclisin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Avstriya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Danimarka, İspaniya, İsveç, İsveçrə, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Mərakeş, Niderland, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Evlidir, 2 övladı var.

Made on
Tilda