KİM KİMDİR
Cəmiyyətin inkişafı üçün çalışan
insanların bioqrafiyaları
Zeynal Nağdəliyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub.

1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib.

1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb.

1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib.

1992-ci ildə tarix elmləri namizədi

1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub.

2001-ci ildən Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru işləyib.

2000-ci ildə isə tarix elmləri doktoru alimlik dərəcəsi alıb.

2003–2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2005-ci ildə Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

2017-ci ilin noyabr ayında Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Ailələlidir, iki övladı var.



Made on
Tilda